Çempionlar Liqasında daha 8 oyun

13:16 | 22.10.2014
Çempionlar Liqasında daha 8 oyun

Çempionlar Liqasında daha 8 oyun

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində bu axşam daha 8 oyun baş tutacaq. Modern.az xəbər verir ki, A qrupunda təmsil olunan ötən mövsümün finalçısı Madridin “Atletiko” klubu İspaniyada İsveçin “Mamö” klubunu qəbul edəcək. Bu qrupdakı digər qarşılaşma “Olimpiakos” (Yunanıstan) – “Yuventus” (İtaliya) arasında olacaq. B qrupunda yer alan İngiltərə təmsilçisi “Liverpul” kubokun hazırkı sahibi “Real”la üz-üzə gələcək. Qrupdakı digər oyunda “Ludoqorets” (Bolqarıstan) – “Bazel” (İsveçrə) cütlüyü görüşəcək.  C qrupundakı oyunlarda “Monako” (Fransa) Portuqaliyanın “Benfika”,  “Bayer” (Leverkuzen, Almaniya) isə “Zenit”i sınağa çəkəcək.  Türkiyənin “Qalatasaray” klubunun təmsil olunduğu D qrupunda İstanbul klubu bu axşam öz meydanında Almaniyanın “Borrusiya” (Dortmund), Belçika təmsilçisi “Anderlext” isə Londonun “Arsenal” klubunu qəbul edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb