Ermənistan baş nazirinin Qarabağ biznesi

14:12 | 22.08.2017
Ermənistan baş nazirinin Qarabağ biznesi

Ermənistan baş nazirinin Qarabağ biznesi

Ermənistanın baş naziri Karen Karapetyanın ailəsi işğal altında olan Dağlıq Qarabağda 200 hektarlıq nar bağı salacaq.

AzVision.az xəbər verir ki, bu barədə "Joğovurd” qəzeti məlumat yayıb. Qəzetin araşdırmalarına görə, bu Karapetyan ailəsinin Qarabağda apardığı ilk qanunsuz iş deyil. Belə ki, Karapetyan ailəsi Xankəndinin mərkəzi küçələrinin birində yerləşən "Florence Garden” restoranın tikilib təmir edilməsi üçün bir neçə milyon dollar xərcləyib.

Nəşr qeyd edib ki, Karapetyan ailəsinin qanunsuz biznesləri sırasına Qarabağda hidroelektrik sektorunda ayrıca "HES"-lərin tikilməsi də daxildir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb