Kəndlər əslində necə olmalıdır? - REPORTAJ

18:34 | 11.09.2015
Kəndlər əslində necə olmalıdır? - REPORTAJ

Kəndlər əslində necə olmalıdır? - REPORTAJ

Rüstəm Qasımov

Avropanın kəndləri bizim düşüncəmizdə olan kənd anlayışından fərqlidir. Onlar daha çox düzgün, geniş küçələri olan, təmiz və düşünülmüş planlaşdırması olan şəhərciklərə bənzəyir. 

Bü gün biz sizinlə Avstiriyada mövcud olan belə kəndlərdən birinə, Foyersbruna baş çəkəcək və bu əsrarəngiz məkanın gözəlliyindən bəhs edəcəyik. Bakirə təbiətin içiylə bu kəndə getməkdə iki məqsəd var: birincisi, bu möhtəşəm məkanın gözəlliyini görmək, ikincisi isə xoş rayihəli şərab dadmaqdır. 
 


Avstriyalıların maraqlı ənənəsi var, onlar üzümlük mənzərəsində oturub istirahət etməyi sevirlər, bununçün üzümlüklərdə xüsusi yerlər tikilir. Avstriyada yeni şərab və onu dadmaq üçün məkanlar "Hoyriger" adlanır. Belə məkanlar əsasən Avstriyanın şərq hissəsində (Vyana, cənubi Avstriya, Burgenland və Ştiriya) yerləşir, Avstriyanın şərabçı kəndliləri özləri hazırladıqları şərabları təqdim edirlər. 
 


Belə içki məkanları çox olsa da, oralarda həmişə çox sayda şərab qurmanı görmək mümkündür, onlar yeni şərabın dadına baxmaq üçün gəlirlər. Bəziləri bu ənənəyə o qədər bağlıdırlar ki, ən müxtəlif məkanlara baş çəkməyi, şərabların dadına baxmağı və ən yaxşılarını seçməyi qarşılarına məqsəd qoyurlar.
 
 

Şəhərdə böyük önəm verilən şərab yerli sakinlər olan kəndlilərin həyat fəaliyyətiylə çox bağlıdır, kəndlərdə böyük taxta çənlər görmək mümkündür, ənənəyə görə gənc qızlar musiqinin müşayiətiylə qiymətli şirəni əldə etmək üçün bu çənlərə üzüm tökürlər. Bu çənlər kəndlərin özünəməxsus simvollarına çevrilib, sakinlər əsasən şərabçılıqla məşğul olur və bu, onların əsas gəlir mənbəyidir. 
 


Adətən belə məkanlarda gözəl atmosfer hökm sürür, bura yoldaşlıq və sevinc hakimdir, dostlar vaxtlarını gözəl keçirmək və istirahət etmək üçün toplaşırlar. 
 


Hoyrigerlər hər il saysız-hesabsız avstriyalını özünə cəlb edir. Ən maraqlısı isə odur ki, bu məkanlar həm də orijinal dizaynı ilə seçilirlər. Burda hər şey sadə, təmiz və gözəldir. Açıq hava altında Hoyrigerdə oturmaq, üzümlüklərin əhatəsində gecənin sərinliyini hiss etmək olar. Bununla ziyarətçilər təbiətlə iç-içə olurlar. Bundan başqa, taxtadan düzəldilən masa və oturacaqlar üzümlüklərin arasında yerləşdirilir. 
 


Yeri gəlmişkən, qeyd edək ki, 1784-cü ildə Avstriya imperatoru II İosifin verdiyi sərəncama əsasən, şərabçılar istehsal etdikləri şərabı xüsusi lisenziya olmadan dövrü olaraq sata bilərlər. Bu ideya isə hələ Böyük Karlın dövründən mövcuddur. Bizim dövrümüzdə isə yuxarıda sadalan federal ərazilərin hoyrigerlərlə bağlı öz qanunları var. 
 


Bu içki məkanları təkcə şərab dadmaq üçün deyil, həmçinin restoran kimi fəaliyyət göstərirlər, menyülərdə ən müxtəlif və dadlı təamları tapmaq olar. 
 


ANN.Az xəbər portalı daimi oxucusu Tereza Malekin Avstriyanın bu gözəl məkanlarından hazırladığı fotosessiyanı təqdim edir. 

ANN.Az redaksiyası həmçinin bütün oxucularına minnətdarlığını bildirir və onlara olduqları maraqlı məkanlardan gözəl anları əks etdirən fotosessiyaları bizə göndərməyə çağırır. Biz müəllifin adını qeyd etməklə fotoları mütləq yayımlayacağıq. 

Xoş seyrlər: 
 


















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM