Məşhur aktyor Trampı öldürməklə hədələdi

17:38 | 23.06.2017
Məşhur aktyor Trampı öldürməklə hədələdi

Məşhur aktyor Trampı öldürməklə hədələdi

Məşhur amerikalı aktyor Conni Depp ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfərinin ölümü ilə nəticələnə biləcəyini deyib.

Anews.az Trend-ə istinadən xəbər verir ki, Böyük Britaniyada Qlastonberi rok-festivalında çıxış edən aktyor ABŞ-ın keçmiş prezidenti Avraam Linkolnun da bir aktyor tərəfindən öldürüldüyünü qeyd edib.

C.Depp deyib: "Axırıncı dəfə bir aktyor nə vaxt prezident öldürüb? Məncə, artıq bunun vaxtıdır".

Qeyd edək ki, ötən il aktyor Robert de Niro da D.Trampın sifətinə yumruq vurmaq istəyini səsləndirmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti