NO COMMENT: Bakıda piano əyləncəsi - FOTOLAR

12:35 | 05.05.2015
NO COMMENT: Bakıda piano əyləncəsi - FOTOLAR

NO COMMENT: Bakıda piano əyləncəsi - FOTOLAR

Gənc rəssamların müxtəlif kompozisiyalarla rənglədiyi köhnə piano... Gənclər, şəhər sakinləri onun ətrafına toplaşıb və bir nəfər piano arxasındadır... Ətrafa canlı musiqi sədası yayılır...

Bu günlərdə belə mənzərələrə çox rast gələcəksiniz. Ticarət mərkəzlərində, parklarda, meydanlarda rəngarəng, yeni nəfəs verilmiş, yeni həyat bəxş olunmuş pianolar görəcəksiniz. Əgər pianino çalmaq bacarığınız varsa, rahatca onun arxasına keçib barmaqlarınızı ağ və qara dillər üzərində gəzdirməklə ürəyinizdən keçən musiqini ifa edə bilərsiniz. 

"Ruhumu dindir, məni sevindir" - şüarı ilə Bakıda reallaşan bu layihə indiyə qədər dünyanın 45 böyük şəhərində gerçəkləşib. 1300-dən çox piano "Play me, I`m Yours" layihəsi çərçivəsində yenidən yararlı vəziyyətə gətirilərək musiqisevərlərin istifadəsinə verilib.

Layihənin rəhbəri Bəxtiyar Hacıyev, koordinatorlar: Atabəy Ağalarbəyli, Nigar Etibar, Gülşən Həsənzadə, Rahidə Hüseynova, Şəbnəm Sabirlidir.

ANN.TV-nin çəkiliş qrupu "28 Mall" ticarət mərkəzində olub və "Baku pianos" layihəsi çərçivəsində dəhlizdə qoyulan piano ətrafına toplanan gənclərin musiqi çalmalarını, mahnı oxumalarını, bir sözlə, maraqlı bir gün keçirmələrini kameranın yaddaşına köçürüblər.

Hazırladılar: Fərqanə Novruzova
Şahpəri Abbasova

 
 














































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb