“Qalatasaray” – “Borussiya” gərginliyi... - VİDEO

10:17 | 22.10.2014
“Qalatasaray” – “Borussiya” gərginliyi... - VİDEO

“Qalatasaray” – “Borussiya” gərginliyi... - VİDEO

Bu gün Çempionlar Liqasında III turun oyunlarına yekun vurulacaq.

ANS PRESS-in məlumatına görə, ikinci oyun günündə keçiriləcək 8 qarşılaşma içərisində azərbaycanlı azarkeşlərin də marağı D qrupunda yer alan “Qalatasaray”-“Borussiya” matçına yönəlib. 

2 oyundan sadəcə 1 xal qazanan İstanbullular doğma meydanda qrup lideri Dortmund “Borussiya”sını sınağa çəkəcək. “Cim-Bom”lu azarkeşlər artıq oyundan əvvəl çılğınlıqları ilə səs-küy yaradıblar. Belə ki, gecə saatlarında İstiqlal prospektində komandaların tərəfdarları arasında gərginlik yaşanıb. Azarkeşlər bir-birlərinə söz atıblar. 

Hər hanısısa bir hadisənin baş verməməsi üçün əraziyə çevik polis qüvvələri cəlb edilib. 

Dortmundlu azarkeşlər polisin müşayiətilə Taksim meydanına doğru irəliləyib və bir müddət orada vaxt keçirdikdən sonra dağılıblar. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb