Şahmat üzrə Dünya Çempionatının 11-ci turu başa çatdı - Fotolar

10:52 | 14.09.2015
Şahmat üzrə Dünya Çempionatının 11-ci turu başa çatdı - Fotolar

Şahmat üzrə Dünya Çempionatının 11-ci turu başa çatdı - Fotolar

Qızlar arasında ən yaxşı nəticə Ülviyə Fətəliyevadadır.

Xantı-Mansiyskdə keçirilən gənclər arasında şahmat üzrə dünya çempionatının 11-ci turu şahmatçılarımızı sevindirmədi.  

Uğur qazanmaq üçün ən böyük şans, 10 oyundan 7 xal qazanan Ülvidə idi.

Amma turnirdə ağ fiqurlarla oynayan Françesko Rambaldini onu məğlub edib.
İndi yüksək əmsalı nəzərə alaraq, o yalnız iki son görüşü qalib gələrsə medala namizəd ola bilər.

Rusiya şahmatçısı Daniil Yuffa ilə oynayan, Nicat Abbasov da ona çatıb.Debütdə gedişləri qarışdıraraq piyadaasız qalan Nicat, inadkar müdafiəsi ilə rəqibini 59-cu gedişdə heç-heçəyə razı salıb.     

Misrəddin İskəndərov 0,5 xal geridədir, o öncə Türkiyəli şahmatçı Sanal Vahaba qalib gəlib.
Qızlar arasında Ülviyyə Fətəliyevə vyetnamlı şahmatçı Nquen Ti Ti Trieni silahı yerə qoymağa məcbur edib. İndi Ülviyyə qızlarımız arasında ən yaxşı nəticəyə sahibdir, onun 7-i xalı var.

Səbinə İbrahimova ikinci məğlubiyyəti yaşayıb. Bu dəfə o, Filiz Osmanxocaya (Almaniya) məğlub olub. Səbinə bərabər mövqe tutmağa çalışıb, amma getdiyi risk özünü doğrultmayıb.
Onun 6,5 xalı var, Günay Məmmədzadə də eyni xalı yığıb. O gürcü şahmatçısı Nino Homeriki ilə heç-heçə oynayıb.

Aytən əmrayeva artıq üçüncü dəfədir ki, xalını rəqibi ilə bölür, bu dəfə rəqibi hindli Katerina Mişel olub.

Onun nəticəsi 50%-dir. //oxu.az
 
































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM