Sərgi: Afrika əsilli hindlilərin fotoları - REPORTAJ

16:45 | 10.09.2015
Sərgi: Afrika əsilli hindlilərin fotoları - REPORTAJ

Sərgi: Afrika əsilli hindlilərin fotoları - REPORTAJ

Rüstəm Qasımov

Bir müddət əvvəl dünyanın ən yaxşı muzeylərindən olan Londonun Milli portret qalereyasında diqqətləri cəlb edən çox maraqlı bir sərgi keçirildi. Hindu Ketaki Şet ziyarətçilərə özünün yeni portretlərini təqdim etdi. 

Ketaki Şef Hindistanın aparıcı fotoqraflarından biridir, o daha çox identikasiya və etnik köklərlə maraqlanır. Milli portret qalereyasında açılan son sərgisində o, hazırda Hindistanda yaşayan Afrika əsilli Sidi xalqının nümayəndələrinin portretlərini təqdim edib. Bu xalqın ticarət yollarından keçərək 16-cı əsrdə Hindistanda məskunlaşdığı məlumdur, zaman keçdikcə onlar geyimlərini, adət-ənənələrini yerli insanlarınkına dəyişib, o zamandan bəri onlar Hindistanı doğma vətəni hesab edirlər. 

Hazırda Sidi xalqının 70000 nümayəndəsi Hindistanda yaşayır. Dənizçilərin, tacirlərin və qulların nəslindən gəlmə sidilərin bəziləri də Afrikanı doğma vətəni sanırlar. Ancaq onların demək olar ki, hamısı özünü hindli bilir. Bu xalq əsasən cənub ştatı Karnataka və şərq ştatı Qudcaratda məskunlaşıb. 

Ketakinin fotoları əsl portret nümunələridir, Sidi xalqının nümayəndələrinin fotoları həqiqətən də nüfuzedicidir. Qeyd etmək yerinə düşər ki, Ketakinin işləri təkcə incəsənət baxımından deyil, elmi cəhətdən də çox əhəmiyyətlidir. 

Elm, təhsil, mədəniyyət və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularını təkcə ölkə daxilində baş verən deyil, həm də xaricdə baş verən mədəniyyət hadisələri və məkanlarıyla tanış etməkdə davam edir. 

Xoş seyrlər: 
 









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM