Sneyder: "Qalib gələcəyimizə inanıram"

18:24 | 22.10.2014
Sneyder: "Qalib gələcəyimizə inanıram"

Sneyder: "Qalib gələcəyimizə inanıram"

"Qalatasaray"la "Fənərbaxça" derbisinin qəhrəmanı Uesli Sneyder indi də "Borrusiya Dortmun"da qarşı oyunda qalib gələcəklərini bildirib. 

ANN.Az-ın Türkiyə mətbuatına istindən xəbərinə görə, derbidə qələbənin gələcəyə baxışlarını dəyişdirdiyini bildirən ulduz futbolçu bütün komandaya güvəndiyini və qazanacaqlarını bildirib.

Özümüzə güvənməliyik

"Doğrudur, bəzi oyunları qazanırıq, amma ən yaxşı oyunumuzu oynamırıq. Bu cür oyunlarda qələbə qazanmaq insanın özünə inamının artması baxımından çox önəmlidir. "Fənərbaxça" ilə oyunda qələbə qazandıq. İndi isə "Dortmund"la oyuna yaxşı psixoloji hazırlıqla çıxacağıq. Derbidə qalibiyyətimiz gələcəyə baxış bucağımızı dəyişdirdi. Çox çətin oyun olacaq. Amma həm özümə, həm də komanda yoldaşlarıma çox güvənirəm.  Qazanmaq üçün hamı əlindən gələni edəcək. Çempionlar Liqasında nəsə etmək istəyiriksə, mütləq öz evimizdə qələbə qazanmalıyıq."

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti