“Uşaqlar arasında qumar oyunlarına maraq həddindən çox artıb”- QƏNİRƏ PAŞAYEVA

14:56 | 22.10.2019
“Uşaqlar arasında qumar oyunlarına maraq həddindən çox artıb”- QƏNİRƏ PAŞAYEVA

“Uşaqlar arasında qumar oyunlarına maraq həddindən çox artıb”- QƏNİRƏ PAŞAYEVA

Son zamanlar uşaqlar, yeniyetmələr arasında qumara, qumar oyunlarına çox böyük maraq yaranıb. Bu, çox qorxulu tendensiyadır. Artıq "SOS” siqnalı çalmağın vaxtıdır. Biz bu qorxulu tendensiyanın qarşısını almalıyıq.

Anews.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva parlamentdə çıxışı zamanı deyib.
Millət vəkili eyni zamanda, uşaqların tütün məhsullarına "marağı”nın artmasından narahatlığını ifadə edib.
"Düzdür, qanunvericiliklə bu məsələlər tənzimlənir, amma məsələ bununla bitmir. Bu gün məktəblərin ətrafında tütün məhsulları satan mağazalar, dükanlar, marketlər var. Orada açıq-aşkar tütün məhsulları satılır və uşaqlar da onlardan istifadə edərək, zərərli vərdişlərin aludəçisinə çevrilirlər.

Biz elə etməliyik ki, bu kimi halların qarşısı alınmsın. Uşaqlarımız qumarın, qumar oyunlarının, tütün məhsullarının, zərərli vədrişlərin iştirakçısına və aludəçisinə çevrilməsinlər. Bu təhlükəli tendensiyanın qarşısı mütlıq alınmalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM