Yükləri belində olanlar - FOTOLAR

09:24 | 02.07.2015
Yükləri belində olanlar - FOTOLAR

Yükləri belində olanlar - FOTOLAR

Onlarla hər gün hər yerdə qarşılaşırıq - binalarımızın həyətlərində, küçələrdə, şosse qıraqlarında. Yükləri belində olan bu insanların məqsədləri əllərində, yaxud balaca arabalarda daşıdıqları məhsulları - bu, göy-göyərti də ola bilər, ərzaq da ola bilər, pal-paltar da ola bilər, qəzet, kitab və s. satıb axşam evlərinə pul qazanıb aparmaqdır.

Bu adamlara səyyar satıcılar da deyilir - bəzən səhər tezdən binanın həyətində kiminsə yüksək səslə qışdırdığını eşidirik: "Göyərti var, təp-təzə, keşniş, şüyüd, dovğa göyərtisi". Ya da günün istisində küçədə köhnə "Qaz 31"in dayandığını görürük - üstü, yük yeri, arxa oturacağı taxta qutularla doludur. Burda nəlr yoxdur, pomidor, xiyar, alça, gilas, albalı və s. Sürücü alıcılarını səsləyir: "Pomidor 70 qəpik, gilas 2 manat".

ANN.Az səyyar satıcılarla bağlı fotosessiyanı oxuculara təqdim edir.

Fotoların müəllifi Fərqanə Novruzovadır

 
 
 


























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti