Yurgen Kloppdan "Qalatasaray"a şapalaq kimi atmaca

15:54 | 23.10.2014
Yurgen Kloppdan "Qalatasaray"a şapalaq kimi atmaca

Yurgen Kloppdan "Qalatasaray"a şapalaq kimi atmaca

"Borrusiya Dortmund" klubunun baş məşqçisi Yurgen Klopp "Qalatasaray"la oyundan sonra keçirilən mətbuat konfransında gözlənilməz açıqlama verib. 

ANN.Az-ın Türk mətbuatına istinadən xəbərinə görə, "Qalatasaray"ı 4-0 hesabı ilə məğlub edən Dortmund klubunun baş məşqçisi türk futbolunun hansı səbəbdən geriyə qaldığını oyundan sonra mükəmməl şəkildə izah edib.

"2008-ci ildən Dortmundun baş məşqçisiyəm. Rəhbərim türk mentalitetində bir adam olsaydı, bu günləri görə bilməzdim. Əgər klubumuzun prezidenti türk zehniyyətinə sahib olsaydı, "Borrusiya Dortmund"da ilk dövrdə uğurlu ola bilməzdim. Qısacası, Qalatasarayın rəhbərliyi mənə rəhbərlik etsə idi, bu gün Dortmundun baş məşqçisi olmazdım".

Kloppun açıqlaması Türkiyədə birmənalı qarşılanmayıb, bəziləri bunu irqçilik kimi dəyərləndiriblər, bəziləri isə bunun irqçilik yox, real fkt olduğunu bildirib, tələsik uğur qazanmaq ehtirası, daxili çəkişmələr, hadisələrə ifrat emosiyayla yanaşmaq onların fikrincə, Türk futbolunu geriyə atan ən önəmli səbəblərdəndi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb