Avropa şəhərləri: Budapeşt - Macarıstanın paytaxtı - FOTOREPORTAJ

15:41 | 11.09.2015
Avropa şəhərləri: Budapeşt - Macarıstanın paytaxtı - FOTOREPORTAJ

Avropa şəhərləri: Budapeşt - Macarıstanın paytaxtı - FOTOREPORTAJ

Rüstəm Qasımov

Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeşt Avropa Birliyinin böyüklüyünə görə 8-ci şəhəridir. 1873-cü ildə Dunayın şərq sahilində yerləşən Peştin qərb sahillərində yerləşən Buda və Obudanın birləşməsi nəticəsində indiki Budapeşt şəhəri yaranıb. Sahillərdən birindəki şəhər daha hündürdə yerləşirdi, orada Buda adlı yaşayış məkanı varıydı, digər sahildə isə gözəl Peşt şəhəri mövcud idi, müəyyən zamandan sonra onlar birləşərək Budapeşt adını aldılar. 

Budapeşt Avropanın həqiqi "incisi" və gözəl paytaxtdır. Yaşıllıqlarla əhatələn şəhərdə gəzməli-görməli yerlərin sayı ürəyin istəyən qədərdir. Məsələn, barokko üslubundakı məhəllərlər, möhtəşəm teatr və saraylar özlərində imperiya ruhunu saxlayıblar. Qədim macar krallarının və müqəddəslərinin, macar torpağının fatehlərinin abidələri, görkəmli parlament binası günün istənilən çağında işıq saçır. 
 


Macar paytaxtının nəyiylə daha məşhur olmasını saymaq uzun çəkər. Ancaq bütün Avropada məşhur olan çay hamamlarını qeyd etmədən keçmək olmaz. O cümlədən şəhərin gəzməli-görməli yerlərinin sayı da hədsiz çoxdur, ona görə də ən yaxşısı bütün bunları öz gözlərinizlə görməkdir. 

Bizim daimi oxucumuz Tereza Malek bir müddət əvvəl Budapeştə baş çəkib və qərara gəlib ki, təkcə çəkdiyi şəkilləri deyil, təəssüratlarını da bizimlə bölüşsün. 
 


"Köhnə şəhər hədsiz gözəldir, ancaq kommunizm dövründə onun bəzi hissələri uçmağa və tökülməyə başlayıb. Ancaq bu şəhərin qəlbi çox geniş və əyləncəlidir. Əsas küçələrdəki binalardakı əksər birinci mərtəbələr təmir edilib, burada istənilən növ pab, disko, kafe, gecə klubu və məkanları görmək, istirahət etmək və rahatlanmaq olar...
 

 
Budapeştdə həyatın nəbzi vurur. Küçələrdə masalar və oturacaqlar görmək mümkündür. Burda hər zaman şəhər sakinləri və turistlər gözə dəyir. Şəhər mənə Tbilisini də xatırlatdı. Yəqin məndə belə təəssüratın yaranmasına səbəb tikililərin hündür olmaması, əsasən 2-3 mərtəbəylə məhdudlaşması idi. Bunu qeyd etməliyəm ki, əgər hər iki şəhərə eyni vaxtda baxsanız, əvvəlki arxitekturanın möhtəşəmliyini və mədəni irsi hiss etmək olar. Bu gün isə şəhər küldən doğulan Simurq quşu kimi yenə parlamağa və ortaya çıxmağa can atır. Təəssüf ki, mənim vaxtım az idi. Budapeşti tamamilə kəşf etmək üçün minumum iki-üç gün vaxt lazımdır..." - Tereza açıqlamasında dedi. 
 


ANN.Az daimi oxucumuz Tereza Malekin Budapeştdən hazırladığı fotosessiyanı təqdim edir. 

ANN.Az redaksiyası həmçinin bütün oxucularına minnətdarlığını bildirir və onlara olduqları maraqlı məkanlardan gözəl anları əks etdirən fotosessiyaları bizə göndərməyə çağırır. Biz müəllifin adını qeyd etməklə fotoları mütləq yayımlayacağıq. 

Xoş seyrlər: 
 
























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb