Azərbaycan mühacirətinin tarixi haqda yeni tədqiqat

14:09 | 24.06.2014
Azərbaycan mühacirətinin tarixi haqda yeni tədqiqat

Azərbaycan mühacirətinin tarixi haqda yeni tədqiqat

Aydın Balayev

Tarix elmləri doktoru

"CBS" nəşriyyatında Georgi Mamulia və Ramiz Abutalıbovun birgə işi olan – "Odlar ölkəsi. Azadlıq və müstəqillik uğrunda mübarizə. Azərbaycan mühacirətinin siyasi tarixi. 1920-1945" adlı kitab çapdan çıxıb. Kitab böyük vətən müharibəsinin ən zəif öyrənilmiş hissəsinə - Azərbaycan siyasi mühacirətinin ikinci dünya müharibəsi dövründəki fəaliyyətinə həsr edilmişdir. Bu dövr şübhəsiz ki, Azərbaycan və bütövlükdə Qafqaz siyasi mühacir fəaliyyətinin pik nöqtəsidir, çünki İkinci dünya müharibəsindən sonra mühacir hərəkatı tədricən zəifləməyə başlayır və yekunda, tamamilə sönür.

Bu problemin bütün əvvəlki tədqiqatçılarına haqq verərək, yenə də o aşkar faktı etiraf etmək lazımdır ki, onların işləri 1920-ci ilin aprelində rus işğalı nəticəsində itirilmiş Azərbaycan müstəqilliyinin bərpası üçün Azərbaycan siyasi mühacirlərinin mübarizəsinin ayrı-ayrı epizodları haqqında fraqmentar təsəvvür yaradırdı. Bu cəhətdən bu işin müəllifləri yerli istorioqrafiyanın tarixində ilk dəfə ilkin şərtlərin yaradılması prosesinin tədqiqatlarına və 1920-1945-ci ildə Azərbaycan siyasi mühacirətinin inkişafına dair hərtərəfli analizə cəhd etdilər və təşəbbüs göstərdilər. Bundan başqa, müəlliflər tərəfindən Q. Bammatın, P. Mülenin, Q. fon Mendenin və Corc Xoffmanın şəxsi arxivləri ilk dəfə istifadəyə verilmiş və elmi dövriyyəyə daxil edilmişdir.

Qeyd etmək lazımdır ki, Q. Mamulia və R. Abutalıbov Azərbaycan siyasi mühacirətinin 1920-45-ci illərdəki fəaliyyətinin tammiqyaslı və bütöv şəklini yaratmağı bacardılar. Buna həm də Fransanın, Gürcüstanın, Polşanın, Rusiyanın və dünyanın başqa ölkələrinin arxivlərindən istifadə edilməsi şərait yaratdı. Həm də bu materialların böyük əksəriyyəti ilk dəfə elmi dövriyyəyə daxil edilir.

İlk dəfə Q. Mamulia və R. Abutalıbovun işində monoqrafik tədqiqatın obyekti mühacir hərəkatının formalaşmasını şərtləndirən siyasi faktorlar, Azərbaycan siyasi mühacirətinin inkişafının əsas mərhələləri və Azərbaycan siyasi mühacirətinin daxili ziddiyyətlərinin səbəbləri, azadlıq mübarizəsində iştirak etmiş müxtəlif cərəyanların proqram, təşkilat, taktiki-strateji və konseptual nöqteyi-nəzərləri; mühacir hərəkatının əsas axınları arasında fikir ayrılıqlarının dərəcəsi; Sovet İttifaqının Qafqaz və bütün qeyri-rus xalqlarının azadlıq mübarizəsində Azərbaycan siyasi mühacirətinin rolu.

G. Mamulia və R. Abutalıbovun işinin dəyəri, hər şeydən əvvəl, ondan ibarətdir ki, Azərbaycan emiqrasiyası o dövrün ümumdünya proseslərinin kontekstində Qafqaz emiqrasiyasının tərkib hissəsi kimi tədqiq olunur. Belə yanaşma müəlliflərə post-sovet dövrünün yerli tarixçilərinin əksəriyyət işləri üçün xarakterik olan tipik əyalətçilikdən və məhdudluqdan qaçmağa icazə verir. Hətta Qarabağ münaqişəsini bizim "tarixçilərimiz" erməni-Azərbaycan qarşıdurmasına çevirməyi bacardılar. Hərçənd istənilən sağlam düşüncəli insana aydındır ki, Qarabağ münaqişəsi, Abxaziya, Cənubi Osetiya münaqişələri kimi, regionda böyük dünya oyunçularının daha qlobal qarşıdurmasının tərkib hissəsidir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb