Festivala film qəbulu başa çatıb

23:42 | 13.06.2014
Festivala film qəbulu başa çatıb

Festivala film qəbulu başa çatıb

Festivalın ən yaxşı filmi isə "QRAN PRİ" - diplom, mükafat və 4000 avro məbləğində pul vəsaiti ilə mükafatlandırılacaqAzərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 25-29 iyun 2014-cü il tarixində Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, festivala film qəbulu artıq yekunlaşıb. Seçim komissiyasına ümumilikdə 58 ölkədən (Azərbaycan, ABŞ, Almaniya, Argentina, Avstriya, Banqladeş, Belçika, Böyük Britaniya, Çexiya, Çili, CAR, Avstraliya, Fransa, Hindistan, Xorvatiya, İspaniya, Kolumbiya, Meksika, Niderland, Portuqaliya, Rusiya, İtaliya, Türkiyə, Ukrayna, Uruqvay, Yunanıstan və s.) 405 film daxil olub. Festivalın təşkilat komitəsi seçim apararaq, göndərilən filmlər arasından müsabiqə proqramını müəyyən edəcək.Müsabiqə üçün seçilən filmlər 6 kateqoriya üzrə yarışacaqlar.Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq:I yerə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul vəsaitiII yerə Gümüş mükafat - diplom və mükafatIII yerə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.Festivalın ən yaxşı filmi isə "QRAN PRİ" - diplom, mükafat və 4000 avro məbləğində pul vəsaiti ilə mükafatlandırılacaq.Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 50-ə yaxın qonağın dəvət olunması nəzərdə tutulur. Bu il qonaqlar arasında Oskar mükafatlı kinematoqrafçılar da olacaq.BBTFF çərçivəsində müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında fikir və təcrübə mübadilələri də həyata keçiriləcək.Bakı Beynəlxalq Turizm Filmləri Festivalı, mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.Festivalın rəsmi tərəfdaşı "JW Marriot Absheron Baku" hoteli, informasiya dəstəkçiləri İctimai Televiziya və "APA Holding"dir. Festival "Azanfilm" studiyasının təşkilati dəstəyi ilə reallaşır.Festivalla bağlı daha ətraflı: www.bitff.azANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb