"Report” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da krallıqda pandemiyadan ölənlərin sayı 19 130 nəfərə çatıb.
Bundan başqa, krallıqda bu günədək 74 797 nəfər infeksiyadan sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 092 000-i ötüb. Bunların 516 975 nəfəri sağalıb, 135 235 nəfəri isə ölüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !