Musiqi tarixinin ən böyük 10 bəstəkarı - SİYAHI

22:39 | 25.06.2014
Musiqi tarixinin ən böyük 10 bəstəkarı - SİYAHI

Musiqi tarixinin ən böyük 10 bəstəkarı - SİYAHI

Dünya mədəniyyətini və musiqisini onlarsız təsəvvür etmək mümkün deyil. Bu şəxslər musiqi tarixinin ən böyük bəstəkarları sayılır. Bir çox ölkələrin mədəniyyətinə yeniliklər gətirmiş həmin bəstəkarlardan 10 nəfərini sizlərə təqdim edirik. 
10) Bela Bartok (1881-1945)
Macar bəstəkar, pianist və musiqişünas Bela Bartok xalq musiqisi üzərində qurduğu bəstələrlə Macar ruhunu ifadə edib. Eyni zamanda Şərqi Avropa və Şimali Afrika folklorunu da tədqiq edib və xalq musiqisi üzərində dərin araşdırmalar aparıb. 
9) Riçard Vaqner (1813-1883)
Uşaqlığı və gəncliyi təlatümlü keçən gənc bəstəkar Vagner, Tomas Kantor və Teodor Veinligdən musiqinin incəliklərini öyrənməklə sənətkarlığını disiplinli bir təhsilə bağlayıb. Maqdeburq, Köninsberq və Riqa teatrlarında dirijor işləyib. Onun yaradıcılığına Göttenin “Faust”u üçün musiqi, teatr üçün bitirə bilmədiyi "Toylar", "Die Feen" operası və s. daxildir. 1883-cü ildə bir fəlsəfi araşdırma ilə məşğul olarkən ürək çatışmazlığından vəfat edib. 
8) Cüzeppe Verdi (1813-1901) 
1813-cü ildə İtaliyanın Parma şəhərində doğulub. Milan Konservatoriyasına daxil olmaq istəyib amma ona piano texnikasının zəif olduğunu və qəbul olunmadığını deyiblər. Bir neçə onillik sonra isə həmin konservatoriya Verdinin adını daşımaq üçün müraciət edib. 
1839-cu ildə ilk operası olan “Ormerto”nu yazıb. Fars imperatoru Nabukkonun liberottosunu xalq üslubu ilə, hərəkətli bir melodiya ilə bəstələyib. Bundan sonra şöhrəti İtaliya sərhədlərini aşıb. 77 yaşında isə son operası Falstafı yazıb, burada isə ilk dəfə musiqini səhnələrə ayırma üsulundan istifadə edib. 
7) Yohans Brahms (1833-1897) 
Romantik dövr alman bəstəkarı. Hamburqda anadan olub, sonralar Vyanada, Avstriyada yaşayıb. Brams yeddi yaşından etibarən Otto Fridrix Villibald Köselldən pianoçuluq sənətini öyrənir. Brams bəstəkarlığa çox erkən yaşlarından başlayıb, lakin sonradan o dövrdə yazdığı əsərlərinin əksəriyyətini məhv edib. Məsələn, Marksenin memuarlarında Bramsın 11 yaşında bəstələdiyi piano sonatası haqqında danışılır. Onun ən böyük musiqi nailiyyəti Vaqnerin daxili keyfiyyəti ilə Motsart məlahətini və klassik harmoniyanı sintez etmək olub. Brahms öz bəstələrində 144 alman xalq mahnısından istifadə edib.
6) İqor Stravinski (1822-1971) 
Stravinski 1882-ci ildə Rusiyada musiqini sevməyən bir ailədə dünyaya gəlib. Məhz buna görə hüquq və fəlsəfə təhsili alsın deyə Peterburq universitetinə göndərilib. Burada N.R.Korsakov ilə tanış olub və ondan fərdi dərslər alıb. Stravinski keçən əsr musiqisinə böyük töhfələr verib, özünəxas ölçü, temp və səs səviyyəsilə önəmli nəticələr əldə edib. 
5) Klaudi Debussi (1862-1918) 
Piano bəstələri tarixi boyunca ən önəmli bəstəkarlardan sayılan Debussi impresyonistlərin və sembolistlərin ideallarını və məqsədlərini musiqiyə daşıyıb. O ondan öncə gələn bəstəkarlar tərəfindən hazırlanmış klaviatura qaydalarını rədd eləyib, yeni texnikalar və səs effektləriini inkişaf etdirib. Debussinin bəstəkarlığı XX əsr musiqisinə dərindən təsir edib. 
4) Frans Şubert (1797-1828)
Avstriyalı bu bəstəkarın təxminən 600-dən çox əsəri, 9 sinfoniyası, opera əsərləri, çox sayıda piano parçaları var. Buna baxmayaraq o hər zaman maddi baxımdan ailəsindən və dostlarından asılı olub. Şubertin əsərləri ancaq ölümündən sonra məşhur olub. Bitməmiş bir sinfoniyasından başqa beş ədəd bitməmiş sonatası da var. Qəribədir ki, bu beş sonata da tamamlanmayıb və indi də heç kəs bunun səbəbini bilmir. 
3) Volfqanq Amadey Mosart (1756-1791)
1756-cı ildə Avstriyada doğulmuş Mosart üç yaşındaykən artıq bacısının klavsenində ifa etməyi bacarırdı. Mosart eşitdiyi notu referans almadan, başqa bir nota ilə qarşılaşdırmadan tanıya bilmək bacarığına sahib idi. İlk operası “Lucia Silla” Milanda çalınanda onun cəmi 14 yaşı var idi. Həyatı boyunca maddi sıxıntıdan əziyyət çəkən Mosart 36 yaşında vəfat edib. Məzarının harda olduğu bilinmir. 
2) Lyudviq van Bethoven (1770-1827)
Bethoven 1789-cu ildə Almaniyada doğulub. İlk piano dərslərini dörd yaşında olanda atasından alıb. Bethoven 1789-cu ildə eşitmə problemləri yaşamağa başlayıb. Bu olaydan 21 il sonra kimsə ilə ünsiyyət qura bilməyib. Onun tarixə keçən senfoniyalarının demək olar ki əksəriyyəti eşitmədən məhrum olduğu illərdə yazılmış bəstələrdir. 
1) Yohan Sebastyan Bax (1685-1750)
Bax 1685-ci ildə Almaniyada musiqiçi ailəsində doğulub. 9 yaşında hər iki valideynini itirən Bax Ohrdrufda çalğıçılıqla məşğul olan qardaşı ilə yaşamağa başlayıb. Bütün vaxtını orqan çalmaqla keçirib və özünü xeyli inkişaf etdirib. Bax həyatı boyunca sayca mindən çox əsər bəstələyib, lakin onun əsərlərindən yalnız ikinci arvadı Karl Emanuelin arxivindən qalanlar günümüzə gəlib çata bilib. 
Araz BAYRAMOV
"Yeni Müsavat"
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM