Güclü yağış: məktəblər bağlandı

Türkiyənin Mersin vilayətinə yağan güclü yağışlar həyatı iflic edib.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, evlərin həyəti, iş yerləri və digər əraziləri su basıb. Vilayətdə məktəblər, eləcə də Mersin Universiteti bağlanıb.
Leysan Adana vilayətindən də yan keçməyib.
Güclü yağışlar nəticəsində Adana şəhərində su borusu partlayıb, 3 metr enində, 1 metr dərinliyində iri çuxur yaranıb.
www.ann.az
























