• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın iki il gözlədiyi müharibəyə başlayır

Rusiyanın iki il gözlədiyi müharibəyə başlayır
06.06.2017 18:01
"Rusiya ordusunun Ukrayna sərhədinə yaxın ərazilərində təlimləri və döyüş hazırlığının yoxlanılması iki motivlə bağlı ola bilər: Ukrayna ordusunun mümkün hücumunun qarşısının alınmasına hazırlıq və şəxsi hücumun planlaşdırılması”.

Publika.az "Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu "İnformasiya müqaviməti” qrupunun koordinatoru , Ukrayna Ali Radasının üzvü Dmitri Tımçuk deyib.

Onun sözlərinə görə, 2016-cı il ərzində və 2017-ci ilin başlanğıcında Ukrayna ilə sərhəddə rusiyalıların hərbi qüvvələrinin yenidən format edilməsi prosesi gedib:
"Yeni diviziyalar və daimi dislokasiya yerləri yaradılıb, briqadaların yeri dəyişdirilib və genişləndirilib. Hazırda hərbi bölmələrin çox güclü və genişmiqyaslı yenidən təşkili başa çatıb. Növbəti mərhələ Rostov vilayətində daimi təlimlərdir”.

Deputat qeyd edir ki, Rusiya iki ildir Ukrayna ordusunun hücumunu gözləyir:

"Bu məqsədlə Ukrayna ilə sərhəd ərazisində və işğal edilmiş ərazilərdə döyüş hazırlığı məsələləri yerinə yetirilir. Təlimlərin ikinci mümkün səbəbi ehtimal edilən hücum əməliyyatlarıdır”.

Ekspert hesab edir ki, təlimlərə hansı qoşun bölmələrinin cəlb edilməsini müşahidə etmək lazımdır:

"Əgər səhra təlimlərinə hava desant qoşunlarının bölmələri cəlb edilərsə, böyük ehtimalla iddia etmək olar ki, hücuma hazırlıqdan söhbət gedir. Desantçılar xüsusi hücum alətidir. Desantçıların köməyi ilə müdafiəni yerinə yetirmək imkanları çox məhduddur. Müdafiə üçün desant bölmələrindən istifadənin müddəti çox azdır. Onların əsas vəzifəsi hücumdur”.

Qeyd edək ki, iyunun 5-də ilhaq edilmiş Krımda qırıcıların döyüş hazırlığının yoxlanılması üçün Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin Su-27 qırıcıları həyəcan üzrə havaya qaldırılıb. İyunun 2-də isə döyüş hazırlığının yoxlaması məqsədi ilə Rostov vilayətində yerləşdirilən 150-ci motoatıcı diviziyasında həyacan elan edilib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol