Avropanın mədəniyyət ocağı: Qrafeneqq qəsri - REPORTAJ

19:10 | 10.09.2015
Avropanın mədəniyyət ocağı: Qrafeneqq qəsri - REPORTAJ

Avropanın mədəniyyət ocağı: Qrafeneqq qəsri - REPORTAJ

Rüstəm Qasımov

Avstriya opera musiqisinə böyük həssaslıqla yanaşılan bir ölkədir. Avstriyalıların ən sevdiyi musiqi janrı klassik musiqidir deək yanılmarıq. Təsadüfi deyil ki, hər il Vyanada bal mövsümündə keçirilən Vyana balını YUNESKO bəşəriyyətin qeyri-maddi irsinə daxil edib. Bu bir daha sübut edir ki, Vyanada opera sənətinə sevgi çox böyükdür.  

Ancaq biz bu gün sizinlə Avstriyanın ən romantik bölgələrindən birinə baş çəkəcəyik. Qədim bir parkla əhatələn Qrafeneqq qəsri təkcə avstriyalıların sevimli istirahət məkanlarından biri kimi deyil, həmçinin mədəniyyət ocağı kimi şöhrət qazanıb. Artıq uzun müddətdir ki, burada incəsənət festivalları keçirilir. Bu zaman ərzində orada iki böyük konsert zalı, biri qapalı, biri açıq hava altında incəsənət həvəskarlarına təqdim edilib. Buna görə də Qrefeneqq qəsri bütün dünyada mədəniyyət ocağı kimi şöhrət tapıb. 

"Bulud qalası" kimi tanınan açıq hava altındakı konsert zalı 1750 tamaşaçı üçün nəzərdə tutulub. Bu heyratamiz tikiliyə baxanda qeyri-adi dizayn insanın zövqünü oxşayır. 

"Auditorium" adlı ikinci qapalı konsert zalı 1300 tamaşaçı tutumludur. 

Festivallara rəhbərlik edən şəxs məşhur avstriyalı pianoçu Rudolf Buxbinderdir. Avstriyanın digər musiqi arenalarından fərqli olaraq, Qrafeneqqdə musiqi proqramı demək olar ki, hər gecə dəyişir, əgər bir gün mövzu flamenqodursa, sabag bu solo çıxış, sonrakı gün isə simfonik konsert ola bilər. 
 
Festivalda ənənəvi olaraq çox sayda sənətsevər toplaşır. Daimi oxucumuz Tereza Malekin sözlərinə görə, o artıq festival çərçivəsində iki konsertdə dalbadal iştirak edib və heyranlığını heç cür gizlədə bilmir. 

Konsert proqramlarından birində məşhur rumın sopranosu, opera səhnəsinin meqa-ulduzu, hazırda dünyanın ən məşhur, ən qeyri-adi opera müğənnilərindən biri olan Anjeal Georqiu iştirak edib. İkinci konsertdə isə məşhur alman skripkaçı Anne-Sofi Mutter çıxış edib. 

ANN.Az portalımızın daimi oxucusu Tereza Malekin təqdimatında Qrafennet qəsrində baş tutan konsertlərdən fotoları təqdim edir. 

ANN.Az redaksiyası bütün oxucularına minnətdarlığını çatdırır, onların müxtəlif ölkələrdə çəkdikləri maraqlı fotosessiyaları bizə təqdim etməyə çağırır. Biz müəllifin adını qeyd etməklə fotoları yayımlayacağıq. 

Xoş seyrlər: 
 



















 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti