Peterburqda mağazada şübhəli çanta aşkar edildi

Rusiyanın Sankt-Peterburq şəhərində mağazaların birində şübhəli çantanın aşkar olunmasından sonra işçilər və müştərilər təxliyə olunublar.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, mağaza boşaldıldıqdan sonra mütəxəssislər araşdırmalara başlayıblar.
Nəticədə bu çantanın noutbuk çantası olduğu aşkar edilib.
Hazırda mağaza fəaliyyətinin davam etdirir.
www.ann.az
























