• $
  • €
  • ₽
  • ₺
  • £

Putindən Amerikaya qadağa

Putindən Amerikaya qadağa
05.05.2017 14:37
Suriyada yaradılacaq təhlükəsizlik zonaları ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin uçuşları üçün bağlanacaq.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi, Astanada keçirilən Suriya üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Lavrentev deyib.

Onun sözlərinə görə, bu, təhlükəsizlik zonalarının yaradılması haqqında memorandumda yazılmasa da, sözügedən ərazilərin üzərində aviasiyanın uçuşları dayandırılır.
"Məsələ ondadır ki, təhlükəsizlik zonalarda aviasiya işi, xüsusilə koalisiya güclərinə aid təyyarələrin uçuşları qətiyyən nəzərdə tutulmur. Bu məsələ indi bağlanıb. Koalisiya aviasiyası yalnız İŞİD-in obyektləri üzərində uça bilər. Suriyada atəşkəsin qarantı olan ölkələr (Türkiyə, Rusiya və İran –red.) bu istiqamətdə bütün hərəkətləri diqqətlə izləyəcəyik”, - Lavrentev bildirib.

Rusiya prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, Suriyada təhlükəsizlik zonalarının yaradılması üçün BMT Təhlükəsizlik Şurasının sanksiyası tələb olunmur, amma Moskva qərarın dəstəklənəcəyinə ümid edir.
Onun sözlərinə görə, "Astana formatı” sərbəst mexanizmdir və qərarlar qəbul edərək onların icrasını izləyə bilər. Lavrentev əlavə edib ki, qarant ölkələr qəbul edilmiş qərarlar haqqında BMT Təhlükəsizlik Şurasını xəbərdar edəcək.

İngiltərənin "The Times” qəzetinin yazdığına görə, Türkiyə ordusu İdlibə hərəkət edəcək. Xəbərə görə, Astanada əldə olunan razılaşma təhlükəsizliyin təmin edilməsi və "Əl-Qaidə” terror qruplaşmasına bağlı qrupların İdlibdən tamamilə atılması üçün Türkiyə ordusunun bu vilayətə daxil olmasını nəzərdə tutur. Xəbər Rusiyanın təhlükəsizlik zonalarına daha çox hərbçi göndərməyə hazır olduğu barədə açıqlaması ilə üst-üstə düşür.

Suriyada yaradılan təhlükəsizlik zonalarının sərhədləri üç qarant ölkənin təsis edəcəyi qrup tərəfindən müəyyən ediləcək.

Xatırladaq ki, Suriyada təhlükəsizlik zonalarının yaradılmasını nəzərdə tutan memorandum dünən Astanada Rusiya, Türkiyə, İran və Suriya müxalifəti arasında imzalanıb. Memorandum bu gündən qüvvəyə minir. Razılaşmaya əsasən təhlükəsizlik zonaları hökumətlə müxalifət qüvvələrinin təmas xəttində yaradılacaq. Bu zonaların daxilində silah qadağan ediləcək, təhlükəsiz rayonlar formalaşdırılacaq.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Dünya 23:56
Misir 10 ildən sonra Tripolidəki səfirliyini yenidən açıb
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Dünya 16:57
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru buraxılan qanadlı raketi vurub
Hörmüz boğazında minaya düşən tanker yanıb
Dünya 15:58
Hörmüz boğazında minaya düşən tanker yanıb
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Dünya 15:33
ABŞ BƏƏ-dəki vətəndaşlarını Yaxın Şərqdə artan hücum təhlükəsi barədə xəbərdar edib
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Dünya 09:09
Trampı öldürməklə hədələyən Venesuela vətəndaşı Ağ Ev yaxınlığında saxlanılıb
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Dünya 09:03
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Dünya 08:54
Tramp: ABŞ İranla danışıqları davam etdirir
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
Dünya 23:50
Stiven Miller Ağ Ev Aparatının rəhbəri təyin olunub
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Dünya 23:09
İrlandiyada təhdid məktubu göndərənlər Avropanı yeni hücumlarla hədələyiblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol